Beyin saxlanılması üçün ilk biobank yaradıldı - Dünyada ilk
İspaniya Xərçəngi Araşdırma Milli Mərkəzi dünyada xərçəng xəstələrin beyninin saxlanılması üçün ilk bioloji bank yaradıb.
Redaktor.az İspaniya Xərçəngi Araşdırma Milli Mərkəzinə istinadən xəbər verir ki, insan beyni nümunələri üçün lazımi rütubət və temperaturu saxlamaq üçün maye ilə doldurulmuş xüsusi qablara yerləşdirilir. Qabların içərisindəki yüksək səviyyədə sterillik və biotəhlükəsizlik çirklənmənin qarşısının alınmasını və beyin hüceyrələrinin strukturunun qorunmasını təmin edir. Daha sonra bu nümunələr onkoloji xəstəliklərlə mübarizə üsullarının yaxşılaşdırılması üçün öyrəniləcək. Bu nümunələr xərçənglə mübarizə üçün müxtəlif dərmanların təsirinin öyrənilməsi üçün istifadə ediləcək.
Hazırda belə tədqiqatlar üçün siçanlardan, ən zəruri hallarda isə insan hüceyrələrindən istifadə edilir.