Toyotanın elektrik avtomobillərinə maraq azalıb

 09:31 07.11.2023     253

"Toyota"  şirkəti etiraf edib ki, elektrik avtomobilləri gözlənildiyindən qat-qat pis satılır.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki,  şirkətin elektrikli avtomobil satış proqnozu 39 faiz azalıb.

Yapon avtomobil istehsalçısı cari maliyyə ili üçün planlarına yenidən baxıb və daxili yanma mühərrikləri olmayan modellərə tələbat daha az olduğu ortaya çıxıb.

Humay İSGƏNDƏRLİ