Ən uzaq spiral qalaktika KƏŞF EDİLDİ

 09:23 13.11.2023     290

Ceyms Uebb Kosmik Teleskopundan istifadə edən beynəlxalq astronomlar qrupu Süd Yolu ilə bənzər ən uzaqda yerləşən maneəli spiral qalaktikanı kəşf edib. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu kəşf haqqında Nature jurnalında dərc olunan məqalədə bildirilir.

"İndiyədək belə hesab edilirdi ki, Kainatın hazırkı 13,8 milyard illik yaşının yarısından azına uyğun gələn məsafələrdə maneəli spiral qalaktikalar müşahidə oluna bilməz. Başqa sözlə, onların kifayət qədər nizamlı olması üçün bir neçə milyard il lazımdır. Halbuki ceers-2112 adlı qalaktika Böyük Partlayışdan qısa müddət sonra yaranmışdır".

Təxminən 4 milyard günəş kütləsi olan ulduz kütləsi və morfologiyası onu göstərir ki, ceers-2112 Süd Yolunun əcdadı sayıla bilər.

Humay İSGƏNDƏRLİ