Bu bitkiləri evinizdə SAXLAMAYIN
Bəzi ev çiçəkləri mənzil sakinləri, xüsusən də allergiya xəstələri üçün təhlükəli ola bilər.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə landşaft dizayneri Olqa Voronova danışıb.
Mütəxəssis güclü allergenlər arasında ətirşah, qıjı, filodendron, dieffenbachia, alkaziya, siklamen və krassulanı qeyd edib. Reaksiyanın olması və onun forması hər bir insanın bədəninin fərdi xüsusiyyətlərindən asılıdır.
“Ətirşah yarpaqlarının tərkibindəki efir yağları baş ağrılarına, bəzən dəri səpgilərinə və hətta daha az hallarda boğulmalara səbəb olan əsas allergenlərdir. Qıjılar kiçik sporlar əmələ gətirir ki, onlar təbii olaraq otaqda yayılır və tənəffüs problemlərinə, xüsusən də şiddətli öskürəyə səbəb ola bilər”, - ekspert bildirib.
Voronova əlavə edib ki, allergiyaya zanbaq və sümbül qoxuları da səbəb ola bilər.
Yusif EYVAZLI