Alimlər 5 ildən sonra "mamontları" diriltməyi PLANLAŞDIRIR

 20:54 01.12.2023     433

Alimlər təxminən 4000 il əvvəl nəsli kəsilmiş Buz Dövründə yaşayan yunlu mamontu 2028-ci ilə qədər canlandırmağı planlaşdırırlar.

Redaktor.az "unian"a istinadən xəbər verir ki, "Colossal Sciences" tədqiqatçıları yunlu mamont və Asiya fili arasında 99,6 faiz uyğunluq tapıblar. Tədqiqatçılar 2026-cı ildə yunlu mamont embrionunu Asiya filinə köçürməyi planlaşdırırlar. 

Hər şey plana uyğun getsə, 2028-ci ildə 22 aylıq hamiləlik dövründən sonra ilk körpə mamont doğula bilər.

Yusif EYVAZLI