Təyyarə salonundakı ən çirkli BEŞ YER

 21:33 04.12.2023     371

Xarici stüardessa təyyarə salonundakı ən çirkli beş yerin adını çəkib. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, onların siyahısını Travel and Leisure portalı dərc edib.

Çoxlu bakteriyaların toplandığı obyektlərə baqaj rəfləri daxildir. 

Uçuş bələdçisi Josephine Remo izah edib ki, onlara çox insan toxunur və nadir hallarda təmizlənirlər. O, səyahət edənlərə əl yüklərini yerüstü bölmələrə qoyduqdan sonra dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə edib.

Remo həmçinin bildirib ki, təyyarənin salonundakı ən çirkli əşya oturacaq cibindəki təhlükəsizlik təlimatıdır. Onu götürməzdən əvvəl onu nəm parça ilə silmək daha yaxşıdır.

"Bundan əlavə, sərnişinlər qatlanan masalara, tualet tutacaqlarına və oturacaq örtüklərinə toxunduqdan sonra əllərini dezinfeksiya etməlidirlər",- Remo qeyd edib.

Yusif EYVAZLI