Yeni isti Yupiter kəşf EDİLDİ

 20:23 06.12.2023     385

Beynəlxalq astronomlar qrupu "TESS" kosmik gəmisindən istifadə edərək, uzaq spektral G sinfinə aid ulduzun ətrafında fırlanan yeni isti Yupiter tipli ekzoplanet kəşf ediblər.Planetin ölçüsünə görə Günəş sistemindəki Yupiterlə müqayisə olunsa da, onun kütləsi təxminən iki dəfə böyükdür. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Yerdən təqribən 632 işıq ili uzaqlıqda yerləşən ekzoplanetinin orbital dövrü təxminən 15,26 gündür. Onun radiusu 1,09 Yupiter radiusu, kütləsi isə 2,01 Yupiter kütləsidir və hər kub santimetr üçün təxminən 1,95 qram sıxlıq verir. Ondan ana ulduza qədər olan məsafə 0,12 astronomik vahid, tarazlıq temperaturu isə 705 kelvindir.

Yusif EYVAZLI