İtaliyalıları şoka salan “dəhşət pizzaları” - İlan, həşərat...
İtaliya Kənd Təsərrüfatı İstehsalçıları Assosiasiyası Coldiretti xarici pizzaların hansı variantının italyanları daha çox şoka saldığını açıqlayıb.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, “dəhşət pizzası”na daxil olan Asiya nümunələrində sürünən ətindən istifadə olunmasıdır.
Bundan əlavə, bu bölgədə kriketlər və digər həşəratlar da pizzaya əlavə edilə bilər.
İtalyan pizzasının "dəhşətli" başqa bir nümunəsi olan Amerika pizza ənənəsində makaron və pendirin istifadə edilməsidir.
İtalyanlar hər şeyin pizzaya qoyulduğu İsveç yanaşmasından şoka düşüblər: “Hinduşka və bal, konservləşdirilmiş meyvə və şokolad, küftə və hətta lahana salatı”.
Bu arada Roskaçestvo mütəxəssisləri Rusiyanın ən böyük pizzaçılarında və pərakəndə satış şəbəkələrində satılan Marqarita pizzasının keyfiyyətini yoxlayıblar. Məlum olub ki, nümunələrin yarısında istehsalçılar pendiri ucuz bitki tərkibli inqrediyentlərlə əvəz edir və məhsulun etiketində bunu göstərmirlər.
NƏRGİZ