3 metrlik pitonu dişlədi - İlan ÖLDÜ
Filippinli şəxs ona hücum edən pitonu dişləyib və onun həyatına son qoyub.
Redaktor.az bu barədə "AsioOne"a istinadən xəbər verir.
Dekabrın 20-də səhər tezdən 48 yaşlı Boljulio Aleriya motosikletlə Bohol əyalətinin Antequera kəndindən keçərkən üç metrlik pitonla qarşılaşıb. Adam sürünənin keçməsinə icazə vermək üçün dayanıb, lakin ilan qəflətən onun üstünə hücum çəkib. Piton onun qolundan dişləyərək motosikletin sükanını buraxmağa məcbur edib, sonra isə belinə sarılıb.
Kişi ilanın onu boğacağından qorxaraq ilanı dişləmək qərarına gəlib. Aleriya digər əli ilə ilanın başını tutub. “Mən onun dərisini yarana qədər dişlədim, sonra ətini cırmağa başladım. Və yalnız bundan sonra onun tutuşu gevşedi", - Aleria iddia edir. "Döyüş" təxminən on dəqiqə davam edib.
Hücumdan sonra Aleriya ən yaxın evə gedərək kömək istəyib. O, Tağbilaran şəhər xəstəxanasına aparılıb. Həkimlər ona antibiotik yazaraq evə göndəriblər.
Aleriyanın sözlərinə görə, kənd sakinləri ilanın cəsədini tapıb və onu manqalda bişirərək yeyiblər.
NƏRGİZ