Pasdan xilas olmağın sadə YOLU

 13:26 27.12.2023     249

Soda və limon evinizdəki pas ləkələrini çıxarmağa kömək edə bilər.

Redaktor.az bu barədə “BelNovosti” nəşrinə istinadən xəbər verir.

Paslanmış bir səthi limonla təmizləmək üçün onun üzərinə nazik qat duz səpmək lazımdır. Sonra problemli səthə sürtüb 15 dəqiqə gözləyib təmizləyin. 

Digər vasitə isə sodanı su ilə qarışdırın. Nəticədə kütlə pasa tətbiq olunur və orada yarım saat saxlanılır. 

Əvvəllər mütəxəssislər evdə hazırlanmış sirkə məhlulundan istifadə edərək tualeti pas və ləkələrdən təmizləməyi də məsləhər görürdülər. İstədiyiniz effekti daha tez əldə etmək üçün sirkə soda ilə qarışdırıla bilər.

NƏRGİZ