Mikki Maus ictimai mülkiyyətə çevriləcək

 09:09 29.12.2023     285

“Disney” cizgi filmlərinin qəhrəmanı Mikki Maus 2024-cü il yanvarın 1-də ictimai mülkiyyətə çevriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Times” yazıb.

Qeyd edilib ki, bütün rejissorlar, ssenaristlər və rəssamlar Mikki Maus obrazından pulsuz istifadə edə biləcəklər. Nəşrin yazdığına görə, söhbət ilk dəfə 1928-ci ildə çəkilmiş “Steamboat Willie” adlı səssiz qısametrajlı filmdə görünən personajın ağ-qara variantından gedir.

Disneyin təzyiqi altında Mikki Mausun mövcudluğu boyu bir neçə dəfə dəyişdirilmiş və hətta istehza ilə “Mikki Mausu qorumaq haqqında qanun” adlandırılan Amerika müəllif hüquqları qanununa görə, monopoliya 95 il saxlanıla bilər və bu müddət artıq bitmək üzrədir.