İt sahibinin dörd min dollarını yararsız hala saldı - FOTO

 15:25 05.01.2024     308

ABŞ-nin Pensilvaniya ştatında it sahibinin 4000 dollar pulunu çeynəyib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

“Bu, Cecildir. O, 4 min dollar yeməyənə qədər həyatında səhv bir iş görmədi”, - 7 yaşlı “Goldendoodle” itin sahibi Kerri Lou deyib.

Nəşrin məlumatına görə, Kerri və əri Kleyton ərazidə hasar çəkdikləri üçün əmanət hesablarından pul çıxarıblar. Bankdan qayıtdıqdan sonra Kleyton saxlamaq üçün mətbəx masasının üzərinə 100 və 50 dollarlıq əskinaslar olan zərf qoyub. Lakin yarım saat sonra o, yerdə xırda çeynənmiş əskinaslar tapıb.

Cütlük cırılmış əskinasları toplamaq qərarına gəlib. Onlar mətbəxin döşəməsindən təxminən 1500 dollar yığa biliblər. Kerri daha sonra banka zəng edərək baş verənləri menecerə danışıb. Bank tam seriya nömrələri olanları geri almağa razılıq verib.

Bundan sonra Kerri və Kleyton it nəcisini təmizləməli, sonra isə tapılmış əskinasları bir-birinə yapışdırmalı olublar.

Nəticədə cütlük 3550 dolları geri qaytara bilib. Cırıq əskinaslardan birini də baş verənlərdən xatirə olaraq foto çərçivəyə qoymaq üçün saxlayıblar.