Fermi paradoksu: Astronomlar yadplanetlilər haqqında ARAŞDIRMA apardı

 15:51 07.01.2024     333

Berlin Texniki Universiteti və London Universitetinin astronomları Fermi paradoksu üçün ən çox ehtimal olunan izahı təklif ediblər ki, bu da yerdənkənar sivilizasiyaların mövcud olma ehtimalının yüksək olmasına baxmayaraq, onlara dair sübutların olmamasıdır.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Astronomy" jurnalında dərc olunub.

Yeni məqalədə elm adamları Fermi Paradoksunu izah edən əsas fərziyyələri nəzərdən keçirərək belə qənaətə gəliblər ki, ən çox ehtimal olunan ssenari ya Süd Yolunda yadplanetlilərin olmaması, ya da yerdənkənar sivilizasiyaların qəsdən insanlar tərəfindən aşkarlanmasından yayındığı “zoopark” fərziyyəsidir. 

Əgər yadplanetli sivilizasiyalar həqiqətən də mövcud olsaydı, bütün hallarda qalaktikaya yayılaraq onların aşkarlanmasını qaçılmaz edərdilər. Astronom Frank Tipler 1980-ci ildə təxmin edib ki, yadplanetlilər öz-özünə təkrarlanan von Neuman zondlarından istifadə etsələr, bütün qalaktikanı 300 milyon ildən az müddətdə tədqiq edə bilərlər. Lakin onların mövcudluğuna dair sübutların olmaması Süd Yolunda belə sivilizasiyaların olmadığını göstərir.

Alimlərin fikrincə, yadplanetlilərin həqiqətən mövcud olduğunu fərz etsək, o zaman ya onlar çox nadirdir, ya da insanlardan gizli qalmaq və Yerin tarixinə müdaxilə etməmək üçün kifayət qədər mürəkkəb texnologiyaya malikdir.

NƏRGİZ