Aya göyərtəsində insan qalıqları olan raket buraxıldı

 16:28 08.01.2024     228

Göyərtəsində insan qalıqları olan raket Aya doğru buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

"Vulcan Centaur" təyyarəsi ABŞ-ın Florida ştatındakı Kosmik Mərkəzdən havaya qalxıb. Jurnalistlər qeyd edirlər ki, 1972-ci ildən indiyədək heç bir Amerika gəmisi  Aya yumşaq eniş etməyib.

Məlumata görə, raketin içərisində Celestis ritual şirkətinin kapsulları var ki, onun xidmətləri siyahısına insan külünün kosmosa göndərilməsi də daxildir. Hazırda onlarda Star Trek-in ssenaristi Cin Roddenberinin və həyat yoldaşının qalıqları var. Bundan əlavə ABŞ-ın üç prezidentinin - Corc Vaşinqton, Con Kennedi və Duayt Eyzenhauerin saçları kapsullara yerləşdirilib.

NƏRGİZ