İçməli suda təhlükəli hissəcik aşkar edildi

 10:24 09.01.2024     259

"Orta hesabla bir litrlik qablaşdırılmış su şüşəsində təxminən 240 min plastik hissəcik ola bilər".

Redaktor.az xəbər verir ki, "Bloomberg" bu barədə Amerikanın "Proceedings of the National Academy of Sciences" jurnalının araşdırmasına istinadən yazır.

Qablaşdırılmış suyu yeni mikroskopiya üsulu ilə araşdıran mütəxəssislər müəyyən ediblər ki, onun tərkibində nanoplastiklər - uzunluğu 1 mikrometrdən kiçik hissəciklər var. Təhlil üçün üç ABŞ istehsalçısından 25 litrlik plastik butulkalar götürülüb. Onlarda 110-370 min hissəcik aşkar edilib ki, onların da 90%-i nanoplastikalardır.

Beləliklə, plastik tərkibinin əvvəlki tədqiqatlarla müqayisədə 100 dəfə çox ola biləcəyini müəyyən etmək mümkün olub. Nanoplastikanın təhlükəsi isə ondan ibarətdir ki, çox kiçik ölçüsünə görə insan hüceyrələrinə və qanına, o cümlədən plasenta vasitəsilə - yeni doğulmuş körpələrin orqanizminə daxil ola bilir.

Həmidə İBRAHİMLİ