Bəy çirkin gəlin seçdikləri üçün qohumlarından incidi

 10:45 11.01.2024     287

Çinli kişi ona çirkin gəlin seçdiyi üçün ailə üzvlərindən inciyib.

Redaktor.az xəbər verir ki, bu barədə “World of Buzz” məlumat yayıb.

Kişi sabit gəliri olmadığı üçün özü ömür yoldaşı tapa bilməyib. Bir çox qızlar gəlirləri az olduğuna görə onunla münasibət qurmaqdan imtina edib və üstəlik onunla evlənmək istəməyiblər. Buna görə də çinlinin qohumları ona gəlin tapmaq qərarına gəliblər.

Lakin ailə üzvlərinin seçimi bəyin xoşuna gəlməyib. O, qızı cazibədar hesab etməyib və toy mərasimi boyu əsəbi görünüb. Qınama ilə qarşı-qarşıya qalan qohumları kişiyə təzyiq göstərməyə və onun düzgün seçim etdiklərinə inandırmağa başlayıblar: “Tək qalmaqdan yaxşıdır. Ən azından ikiniz də daha yaxşı gələcək üçün çalışa bilərsiniz və başqalarının nə deyəcəyi ilə bağlı narahat olmayın” kimi sözlərlə təsəlli də veriblər.

NƏRGİZ