Pişik və it həvəskarlarının marağına səbəb olacaq 5 şəhər

 10:53 16.01.2024     276

Pişik və it həvəskarlarının marağına səbəb olacaq 5 şəhərin adı açıqlanıb.

Redaktor.az "izvestiya"ya istinadla həmin şəhərləri təqdim edir:

Zelenoqradsk
Kalininqrad vilayətində, Baltik dənizinin sahilində yerləşən Zelenoqradskı tez-tez Rusiyanın ən çox pişik şəhəri adlandırırlar. Pişiklər mərkəzi küçələrdə sərbəst gəzirlər və küçədəki ərzaq satıcılarından və səyahət edənlərdən yemək tələb etməkdən çəkinmirlər. 

Kazan
Pişiklərin çox məşhur olduğu başqa bir şəhər Kazandır. Qədim dövrlərdən bəri Kazanda döyüş pişikləri əla siçan tutanlar hesab olunurdu. 18-ci əsrdə Kazan pişiklərini Qış Sarayında siçan tutmaq üçün hətta Sankt-Peterburqa gətiriblər. İndi Kazan pişiyinin abidəsi Baumanın piyada küçəsini bəzəyir və hər bir suvenir dükanında papaqlı pişiklər satılır ki, bu da pişik həvəskarı üçün yaxşı hədiyyə hesab olunur.

İstanbul
İstanbulda bir kitab mağazasında özünüzü tapan zaman bir pişiyin bestseller rəfində yuxuya getdiyini və heç kimin onu qovmaq fikrində olmadığını görsəniz, təəccüblənməyin. Pişik sevgisi baxımından İstanbul asanlıqla Zelenoqradla rəqabət aparacaq. Pişiklər İstiqlal küçəsi ilə retro tramvayda gəzir, dəbli butiklərin qapısında dincəlir, çoxsaylı kafe və restoranlarda həzz alır və təbii ki, körpülərdən balıq tutan balıqçıları tərk etmirlər. Osmanlı İmperatorluğu dövründə, küçələrin siçanlarla dolu olduğu dövrdə İstanbulda pişiklər çoxluq təşkil edirdi.

Amma İstanbulda və ölkənin digər şəhərlərində təkcə pişiklər deyil, itlər də yaxşı yaşayır. Türkiyədə onlara mikroçip vurulur və peyvənd edilir - bunu hər bir heyvanın qulağında görmək mümkündür. Türkiyədə küçə itləri gözəgəlimli ölçüləri və əksər hallarda xoş xasiyyəti ilə seçilir.

Roma
İtaliyada evsiz heyvanlar problemi ilə fəal mübarizə aparırlar ev heyvanlarını küçəyə atanları ağır cəza gözləyir. Sahibləri kafedə qəhvə içərkən quyruqlu heyvanlar sakitcə dincəlir. Nəqliyyatda itlərə də icazə verilir.

Amma pişiklər Romada meydanda yaşayır. İtaliyanın paytaxtının tam mərkəzində, bəlkə də dünyanın ən çox pişik yaşayan meydanı Torre Argentinadır. Bu yerin ərazisini şərti adlandırmaq olar: onun çox hissəsini qədim məbədlərin xarabalıqları tutur. Məhz bu yerdə Qay Yuli Sezar öldürülüb. 20-ci əsrin əvvəllərində, burada arxeoloji qazıntılar başlayanda pişiklərin ərazini tutduğu güman edilir. Quyruqlu heyvanları qidalandırmaq qadağandır - bunu könüllülər edir. Yaxınlıqda pişik sığınacağı da var.

Təl-Əviv
Bəzi məlumatlara görə, Təl-Əvivdə hər 17 sakinə bir it düşür. İtlərlə restoran və kafelərə baş çəkə, onlarla çimərliklərdə gəzə bilərsiniz. Şəhərdə həmçinin itlər və onların sahibləri üçün xüsusi olaraq yaradılmış parklar, dördayaqlı heyvanlar üçün xüsusi avtoyuma məntəqələri var ki, burada ev heyvanları gəzintidən sonra sərinlənir. Bəzi şirkətlər hətta işçilərə itlərini ofisə gətirməyə icazə verirlər.

Təl-Əviv də pişikləri sevir: küçə pişikləri şəhərdə özlərini olduqca rahat hiss edirlər. Yerli sakinlər quyruqlu heyvanları məmnuniyyətlə bəsləyir, onların saxlanması üçün şəhər büdcəsindən pul ayrılır.

Həmidə İBRAHİMLİ