Qədim Ay meteoritlərində su aşkar EDİLDİ

 22:02 16.01.2024     286

Qərbi Ontario Universitetinin alimləri sübut ediblər ki, Ay qabığı dörd milyard ildən çox əvvəl su ilə əhəmiyyətli dərəcədə zənginləşib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə “Nature Astronomy” jurnalında dərc olunan məqalədə deyilir.

2008-ci ildə elm adamları Apollon missiyası zamanı toplanmış Ay nümunələrində əhəmiyyətli miqdarda su və digər uçucu maddələrin olduğunu aşkar ediblər. Bu yaxınlarda aşkar edilmiş Ay meteoritləri kimi nümunələrin təhlili göstərib ki, onların tərkibində çoxlu miqdarda uçucu maddələr, o cümlədən su olan apatit mineralı var.

Yusif EYVAZLI