Evdə bu bitkilərin olması psixi sağlamlıq üçün FAYDALIDIR

 19:37 17.01.2024     287

Bəzi məşhur qapalı bitkilər təkcə gözəl deyil, həm də psixi sağlamlıq üçün faydalıdır.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə İngiltərənin Essential Living şirkətinin interyer dizaynerləri bildiriblər.

Mütəxəssislər qoxusu stressi azaltmağa kömək edən və qısamüddətli yaddaşa müsbət təsir göstərən lavanda yetişdirməyi məsləhət görüblər. 

"Bundan əlavə, baş ağrılarına faydalıdır. Yasemin də oxşar təsirə malikdir. Onun ifraz etdiyi maddələr, narahatlıq səviyyəsini azaldır və depressiya və panik atak keçirən insana müsbət təsir göstərir", - deyə bildiriblər.

Mütəxəssislər aloe vera bitkisinin faydalı xüsusiyyətlərini də qeyd ediblər:

"O, ən etibarlı hava təmizləyicilərindən biri hesab olunur. Bu bitki hətta gecələr də oksigen buraxır ki, bu da stress səviyyəsini azaltmalıdır. Karbon qazını özünə çəkən ətli yarpaqlı bitki olan Aqlaonema da bu xüsusiyyətə malikdir. Bundan əlavə heç bir işıq olmadan və nadir suvarma ilə yaşaya bilər".

Yusif EYVAZLI