Pişiklərin yemək qablarını qoymaq üçün ən doğru yer haradır?

 09:43 24.01.2024     238

Pişik üçün yemək qabı su qabının yanına qoyulmamalıdır.

Redaktor.az xəbər verir ki, “BelNovosti” internet nəşrinin mütəxəssisləri ev heyvanlarının  yemək qabı üçün təhlükəli yerləri deyiblər.

Mütəxəssislərin fikrincə, pişiklər su mənbəyinin yanında yeməkdən qorxurlar. Yemək və su qablarını bir-birindən ən azı yarım metr məsafədə yerləşdirmək tövsiyə olunur.

Bundan əlavə, qapının yanında bu qabları qoymamaq daha yaxşıdır, oradan keçən insanlar pişiyin yeməyinə müdaxilə etməsin. Evin başqa pis yeri zibil qutusunun yanı sayılır.

NƏRGİZ