Təsadüfi seçim qadına 500 min dollar qazandırdı

 15:46 25.01.2024     236

ABŞ sakini təsadüfi lotereya bileti alıb cekpot udub.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Virciniya ştatının Pamplin sakini Teresa Balduin lotereya oynamaq istəyəndə həmişə avtomatlardan kor-koranə bilet aldığını söyləyib: "Mən sadəcə düyməni basıb taleyə etibar edirəm" deyir.

O, lotereya bileti alıb və təsadüfi seçim ona 500 min dollar qazandırıb. Bolduin sərvət qazandığını biləndə şoka düşdüyünü etiraf edib: “Mən sadəcə oturub biletə baxdım. Mən hələ də nə baş verdiyini anlamağa çalışıram”,- o deyir.

Qalibin sözlərinə görə, pul mükafatını nəyə xərcləyəcəyinə hələ qərar verməyib.

NƏRGİZ