Saçda kəpəyin yaranma səbəbi - Həkim AÇIQLADI

 09:39 26.01.2024     252

Qastroenteroloq Artem Nikitin və dermatoloq Anastasiya Romaşkina kəpək haqqında ümumi mifləri təkzib ediblər.

Redaktor.az bu barədə "lenta.ru"ya istinadən xəbər verir.

Nikitin məşhur inancın əksinə olaraq, kəpəyin bağırsaq disbiozu ilə əlaqəli olmadığını söyləyib: “Disbioz deyilən bir şey yoxdur. İkincisi, bu xəstəliyin diaqnozu üçün ən çox istifadə edilən nəcisin analizi prinsipcə heç nəyi əks etdirə bilməz".

Romaşkina isə saçların nadir hallarda yuyulmasının kəpəyə səbəb ola biləcəyi fikrini təkzib edib: "Bu zəif gigiyena səbəb deyil, təhrikedici amildir". O, həmçinin bu vəziyyətin papaq taxmaq səbəbindən baş verə biləcəyi ehtimalını da mif adlandırıb.

Bundan əlavə, Romaşkinanın sözlərinə görə, kəpəyin sadəcə daranması ilə bağlı deyilənlər doğru deyil. Dermatoloq kəpəyin bir göbələk infeksiyası səbəbiylə meydana gəldiyini deyib: "Bu, lipofilik bir göbələkdir, kifayət qədər aktiv, xoşagəlməz bir göbələk infeksiyasıdır", - həkim bildirib.

NƏRGİZ