Ayda qəribə xassələri olan daşlar tapıldı

 12:32 26.01.2024     234

Münster Universitetinin (Almaniya) press-relizinə əsasən, Ayda Rainer Qamma bölgəsində qəribə maqnit xüsusiyyətlərinə malik daşlar müşahidə edilib.

Redaktor.az xəbər verir ki, mütəxəssislərin fikrincə, Ay daşları Yerin təbii peykinin səthindəki digər oxşar obyektlərdən fərqli olaraq işığı əks etdirir. Münster Universitetinin Planet Elmləri İnstitutunun alimi Ottaviano Rüsch, "Ayın maqnit xassələri haqqında hazırkı biliklər çox məhduddur, ona görə də yeni qayalar Ayın və onun maqnit nüvəsinin tarixinə işıq salacaq" deyib.

Qeyd edək ki, tədqiqat süni intellektdən istifadə etməklə aparılmış Ay süxurlarının təsvirlərinin təhlilinə əsaslanır.

NƏRGİZ