Su buxarı olan ən kiçik planet kəşf edildi

 15:50 26.01.2024     277

NASA/ESA Hubble Kosmik Teleskopundan istifadə edən astronomlar ən kiçik ekzoplanetin atmosferində su buxarının olduğunu müşahidə ediblər.

Redaktor.az xəbər verir ki, bu kəşf barədə The Astrophysical Journal Letters jurnalında dərc olunan məqalədə deyilir.

GJ 9827d 2017-ci ildə NASA-nın Kepler kosmik teleskopu tərəfindən kəşf edilib. Planet hər 6,2 gündə qırmızı cırtdanın ətrafında dövr edir. GJ 9827 ulduzu Balıqlar bürcü istiqamətində Yerdən 97 işıq ili uzaqda yerləşir. Onun diametri Yerin diametrindən təxminən iki dəfə böyükdür.

Yeni araşdırmada elm adamları GJ 9827 d-nin ana ulduzunun diskinə qarşı 11 keçidini müşahidə ediblər. Tranzit spektri 1,4 mikrometr dalğa uzunluğunda udma xəttini aşkar edib ki, bu da ən yaxşı GJ 9827d atmosferində suyun olması ilə izah olunur.

Bununla belə, atmosferin əsasən hidrogen-helium qazı zərfinin buxarlanmasından sonra qalan sudan ibarət olub-olmadığı və ya hidrogenlə zəngin atmosferdə su buxarının az olması hələ məlum deyil.

NƏRGİZ