Ayda təhlükəli faylar aşkarlandı
Ayda aşkar edilmiş faylar astronavtlar üçün potensial təhlükə yaradır.
Redaktor.az xəbər verir ki, bu barədə “The Planetary Science Journal” yazıb.
Belə faylar əmələ gəlməsi nüvənin soyuması nəticəsində peykin sıxılması ilə Ayda seysmik hadisələrlə əlaqələndirilir. Bu cür fay qruplarının yaxınlığında astronavt postlarının yaradılmasının insanların və texnikanın həyatı üçün təhlükəli olduğu vurğulanır.
“Reqolit sürüşməsinin baş verməsi üçün cüzi seysmik təkan yetərli ola bilər, xüsusən də reqolit aşağı koheziyaya malikdirsə (~0,1 kPa)”, – alimlər qeyd ediblər.
Qeyd edək ki, reqolit Ay torpağının səth qatına verilən addır.