Türklərin sosisli yumurtası rekordlar kitabına düşdü - FOTOLAR

 19:57 28.01.2024     396

Türkiyənin Sivrihisar şəhərində hazırlanan sosisli yumurta Ginnesin rekordlar kitanına düşüb.

Redaktor.az xəbər verir ki, bununla bağlı “Sputnik Türkiye” məlumat yayıb.

Qeyd olunub ki, yemək 450 kiloqram sosis və 3 min yumurta istifadə edilərək 25 kvadratmetrlik tavada bişirilib.

Bişirilən yemək 7,5 ton çörəklə birgə tədbirdə iştirak edən 200 mindən çox vətəndaşa paylanıb.