Manekenlərdən qadın geyimlərini oğurlamaq istədi, onları yandırdı - VİDEO

 16:16 29.01.2024     269

Sankt-Peterburqda oğru manekenlərdən paltar oğurlamaq istəyib və az qala yanğın törədəcəkdi.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Yanvarın 26-da axşam saatlarında naməlum kişi ticarət mərkəzinə daxil olaraq qadın geyimləri mağazasının qarşısında dayanıb. Çöldə dayanan manekenlərə baxdıqdan sonra tez geyimləri çıxarıb aparmağa qərar verib. Lakin məlum olub ki, paltarlar kəndirlə bərkidilib. Oğru iki dəfə düşünmədən problemdən xilas olmaq üçün alışqandan istifadə edib. O, bir əşyanı götürə bilib, lakin təsadüfən manekeni yandırıb. Hadisə videoya düşüb. Cinayətkar qaçmağa cəhd edərkən saxlanılıb.

Mağaza işçiləri alovu vaxtında görüb və alov bütün manekenlərə keçməzdən əvvəl onu söndürə biliblər.

NƏRGİZ