Binanın damından paraşütlə tullanmaq istədilər - Həbs edildilər

 15:45 30.01.2024     296

Moskvanın Ostankino Rayon Məhkəməsi tikilməkdə olan binanın damından paraşütlə tullanan 3 nəfəri inzibati həbsə məhkum edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat verib.

İnsident yanvarın 29-da Rostokino ərazisində baş verib.

Onlar Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin (“Xırda xuliqanlıq”) 1-ci hissəsi ilə təqsirli bilinərək beş gündən yeddi günədək müddətə inzibati həbs cəzasına məhkum ediliblər.

NƏRGİZ