Spirtli içki otaq bitkilərinin böyüməsinə kömək edirmiş - Aqronom

 12:43 31.01.2024     251

Otaq çiçəkləri arağa yaxşı cavab verir.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, aqronom və landşaft dizayneri Anastasiya Kovrijnıx çiçək yetişdiricilərinə spirtin bitkilər üçün faydalarından danışıb.

"Spirtli içki bitkinin aktiv böyüməsinə kömək edəcək. Bir litr suya iki yemək qaşığı nisbətində spirt əlavə edilməlidir. Araq istifadə edərək fikusları canlandıra bilərsiniz. 200 mililitr su üçün bir qaşıq spirt tələb olunur. Fikus çiçəyi bərpa olunana qədər bir neçə həftə bu məhlulla suvarılmalıdır.

Bundan əlavə, ekspertin fikrincə, kaktusların və palmaların üzərinə araq tökmək faydalıdır. Bir litr maye üçün bir qaşıq güclü spirt əlavə etmək lazımdır.

NƏRGİZ