Dünyanın ən məşhur moda brendləri AÇIQLANDI

 15:22 31.01.2024     348

Moda sənayesində istehlakçı davranışının təhlili üzrə ixtisaslaşan Lyst platformasının mütəxəssisləri 2023-cü ilin son rübündə dünyada ən populyar moda brendinin adını açıqlayıblar.

Redaktor.az xəbər verir ki, müvafiq siyahı eyniadlı veb-saytda verilib.

Reytinqdə lider mövqeyi Şanxayda Opened Pradasphere II ictimai sərgisini açan və NASA astronavtları üçün skafandrlar hazırlamaq üçün Axiom Space ilə əməkdaşlığı elan edən İtalyan brendi Prada tutub. Eyni zamanda, sonuncu rübün lideri Miu Miu ikinci, Löve isə üçüncü yerdə qərarlaşıb.

İlk onluğa həmçinin Bottega Veneta, Moncler, Saint Laurent, həmçinin Versace, Jacquemus, Burberry və Valentino daxildir. 

NƏRGİZ