Trampın əllərindəki qırmızı ləkələrin SİRRİ

 12:26 01.02.2024     251

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, onun əlində qırmızı ləkələr olan fotolar süni intellekt tərəfindən yaradıla bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Jurnal bildirir ki, keçən həftə Trampın sağ əlində qırmızı ləkələr olan şəkilləri onun səhhətindəki problemlər barədə çoxlu şayiələrə səbəb olub.

ABŞ-ın keçmiş prezidenti "Fox News"un müxbiri Mark Mereditin sualını cavablandırarkən bu fotoşəkilləri görmədiyini və onların süni intellekt tərəfindən yaradıla biləcəyini irəli sürüb.

Tramp ovuclarını jurnalistə göstərərək soruşub: "Onlara nə olub?"

Forbes qeyd edir ki, əllərində qırmızı ləkələr yox idi.

Qeyd edək ki, bundan əvvəl, yanvarın 22-də Gazeta.Ru bildirib ki, fotolardan birində Trampın barmaqlarında və ovuclarında qırmızı ləkələr müşahidə edilib. ABŞ-ın keçmiş prezidenti Bill Klintonun keçmiş müşaviri Ceyms Karvil bildirib ki, bu, sifilisin ikinci mərhələsini göstərir. Bunu "Bild"ə şərh edən dermatoloq deyib ki, əllərindəki qırmızı ləkələr onun səhhətinin vəziyyətindən xəbər vermir. Həkimin sözlərinə görə, bu, mütləq sifilis deyil, daha çox zərərsiz dəri xəstəliyidir.

Yanvarın 10-da "Reuters" yazmışdı ki, respublikaçıların 49%-i partiyadaxili praymerizlərdə (partiyalardan prezidentliyə namizədlər üçün ilkin seçkilər) Trampa səs verməyi planlaşdırır. Sorğu yanvarın 3-dən 9-dək aparılıb və orada 1,9 mindən çox amerikalı iştirak edib.

Növbəti, 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Avqust-sentyabr aylarında partiyanın qurultayları keçirilməli, hər partiyadan bir namizəd rəsmən təsdiqlənməlidir. Son mərhələ noyabrda keçiriləcək səsvermə olacaq.

NƏRGİZ