Mühafizəçi rəsmin bir hissəsini yedi - Sərgidə qəribə HADİSƏ - VİDEO

 12:35 01.02.2024     342

Moskvada keçirilən müasir incəsənət sərgisində mühafizəçi rəsmin bir hissəsini yeyib.

Redaktor.az bu barədə "iz.ru"ya istinadən xəbər verir.

Sərgi təşkilatçıları “Qızıl balığın qaçışı” tablosunda baş qəhrəmanın çatışmadığını qeyd ediblər. Sonra zaldan çəkilmiş videoyazılara baxıblar və sərgidəki nağıl qəhrəmanının mühafizəçi tərəfindən yeyilməsini aşkar edəndə təəccübləniblər.

Kadrlarda kişinin necə yaxınlaşdığı, zorla balığı tablodan qoparıb ağzına qoyduğu görünür. Günahkardan niyə belə etdiyini soruşduqda o, əllərini yuxarı qaldıraraq yuxusuz gecədən sonra yorğun olduğunu və nə etdiyini dərk etmədiyini izah edib.

Mühafizəçi işdən uzaqlaşdırılıb. Art-obyektin tezliklə bərpa olunacağı bildirilir.