Almaniyada alman pivəsinin satışı son 30 ilin ən aşağı səviyyəsinə düşüb

 18:22 01.02.2024     370

Alman pivəsinin satışı 2023-cü ildə 4,5% azalaraq 8,4 milyard litrə düşüb. Bu rəqəm rəsmilərin müvafiq statistika aparmağa başladığı 1993-cü ildən bəri ən aşağı göstəricidir.

Redaktor.az xəbər verir ki, bu barədə Visbaden Federal Statistika İdarəsi məlumat yayıb.

Hesabat dövründə alman istehsalçıları 2022-ci illə müqayisədə 394,2 milyon litr az pivə satıblar. Alkoqolsuz çeşidlər statistikaya daxil edilmir.

"Almaniyada illik pivə satışı uzun müddətdir ki, azalır. 2023-cü ildə bu rəqəm 2013-cü illə (9,5 milyard litr) müqayisədə 11,5%, 1993-cü illə (11,2 milyard litr) müqayisədə isə 25,3% azalıb", - idarə hesab edir. Almaniya daxilində satışlar 4,2%, ixrac 5,9% azalıb.

DPA agentliyinin məlumatına görə, pivə istehsalı enerji tutumlu proses olduğundan və enerjinin qiymətləri daim yüksəldiyindən sənaye gələcəkdə əlavə problemlərlə üzləşir. “Əgər təsəvvür etsək ki, gələcəkdə pivə zavodlarımızı iqlim neytrallığının tələblərinə uyğunlaşdırmalıyıq, o zaman milyardlarla xərclə üzləşəcəyik. İstehsalı başqa yerə köçürmək üçün. qazı alternativ enerjiyə çevirmək üçün biz bütün güclərin 80%-ni yenidən qurmalıyıq” - Almaniya Pivəçilər İttifaqının prezidenti Kristian Veber deyib.

Almaniyada hər il orta hesabla 38 min ton şerbetçiotu yığılır, ümumi məhsulun 85%-i dünyanın ən böyük plantasiyası olan Bavariya federal əyalətinin mərkəzində yerləşən Hallertaudan gəlir. 15,4 min hektar sahədə 1,1 mindən çox maya təsərrüfatının fəaliyyət göstərdiyi plantasiyada bu məhsulun illik qlobal həcminin təxminən dörddə biri becərilir.

Almaniyada 6 min əmtəə nişanı altında məhsul istehsal edən 1,5 minə yaxın pivə zavodu qeydiyyatdan keçib. Böyük əksəriyyəti - 70%-i üç federal ştatda cəmləşib. Təxminən 600-ü Bavariyada, təxminən 200-ü Baden-Vürtemberqdə, digər 150-si isə Şimali Reyn-Vestfaliyada yerləşir.

Turan İSMAYIL