Robot Bayden adından seçicilərə səsləndi - Seçkilərdə iştirak etməyin!

 11:32 02.02.2024     305

ABŞ canlı insanlara zəng edərkən robotların istifadəsinə tam qadağa qoymağı nəzərdən keçirəcək.

Redaktor.az bu barədə “Engadget”ə istinadən xəbər verir.

Agentliyin rəhbəri Cessika Rozenvorselin bəyanatı ABŞ Federal Rabitə Komissiyasının (FCC) saytında yer alıb. O, robot zənglərin qeyri-qanuni edilməli və qadağan edilməli olduğunu söyləyib. 

"Süni intellekt tərəfindən yaradılan səs və görüntünün klonlaşdırılması artıq çaşqınlıq yaradır və istehlakçıları fırıldaqların qanuni olduğuna inandırır". Cessika Rozenvorselin sözlərinə görə, süni intellektdən sui-istifadə edən fırıldaqçılar getdikcə daha çox insanı hədəf alır.

Media jurnalistlərinin yazdığına görə, Rozenvorselin bəyanatı ABŞ vətəndaşlarının şikayətləri fonunda verilib. Daha əvvəl məlum olub ki, Nyu-Hempşir ştatında praymerizdən əvvəl ştat sakinlərinə süni intellektdən istifadə etməklə zənglər edilib - robot özünü Co Bayden kimi təqdim edib, onun səsini kopyalayıb və ABŞ prezidentinin adından seçiciləri iştirak etməməyə çağırıb.

NƏRGİZ