Balıqçılar nəhəng kalmar tutdular

 14:50 07.02.2024     537

Taylandın Krabi əyalətinin sahillərində balıqçılar dənizdən bir neçə nəhəng kalmar tutublar.

Redaktor.az bu barədə “Bangkok Post”a istinadən xəbər verir.

Balıqçılar hər birinin çəkisi təxminən beş kiloqram olan dörd-beş kalmar tutublar. Nəhəng molyuskun növlərinin dəqiq adı məlum deyil, lakin yerli sakinlər onu "Çin kalmarı" adlandırırlar.

Belə balıqlara Krabidə nadir hallarda rast gəlinir və buna görə də orada çox populyardır. Əyalət balıqçılıq idarəsinin əməkdaşının qeyd etdiyi kimi, “Çin kalmarının” tutulması ilə bağlı xəbərlər hər üç-beş ildə bir dəfə gəlir. Bu balıqların kiloqramı 100 baha satılır.

Departament rəsmisi bildirib ki, Krabi sahillərində nəhəng kalmarın qəfil peyda olması, ərazidə balıq ovuna mövsümi olaraq dayandırılması səbəbindən biomüxtəlifliyin artdığını göstərə bilər. O, həmçinin sualtı vulkanik aktivliyə görə kalmarın miqrasiya edə biləcəyini də istisna etməyib.

NƏRGİZ