"WhatsApp" istifadəçilərinə şad xəbər - Süni intellektlə ünsiyyət İMKANI

 20:14 09.02.2024     616

“WhatsApp” messencerinin dəstək xidməti ilə əlaqə saxlanıldığı zaman süni intellekt (AI) ilə ünsiyyət qurmaq imkanı olacaq.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Mütəxəssislər bildiriblər ki, iOS cihazlarında WhatsApp-ın yeni yeniləməsi süni intellektlə qarşılıqlı əlaqəyə imkan verəcək. Dəstək qrupunun bəzi cavabları istifadəçilərə operativ kömək göstərmək üçün neyron şəbəkəsi tərəfindən yaradılacaq.

Neyron şəbəkənin cavabı istifadəçilərin problemini həll etməsə, onlar yenə də kömək üçün real operatora müraciət edə biləcəklər. Yeni funksiya inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində əlçatan olacaq.

Yusif EYVAZLI