Marsın dərinliklərində qədim qaya izləri aşkar edildi

 20:09 12.02.2024     604

Çin və Amerika planetoloqları Marsda, təxminən 3,5-4 milyard il əvvəl, planetin daxili və səthi arasında süxurların aktiv dövranının olduğunu sübut ediblər.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, alimlərin tapıntıları “Nature Astronomy” elmi jurnalında dərc olunub.

"Biz Eridaniya ərazisində çoxlu sayda relyef xüsusiyyətləri aşkar etdik ki, bu da Marsın bu bölgəsinin su ilə aktiv şəkildə qarşılıqlı əlaqədə olan planet qabığının süxurlarının onun dərinliklərinə batdığı zona olduğunu göstərir. Bu baxımdan Mars Plitələr tektonikası hələ başlamamış olan Arxey dövrünün qədim Yerinə çox bənzəyir”, - tədqiqatçılar yazır.

Bu, günəş sisteminin dördüncü planetinin cənub yarımkürəsindəki Marsın böyük bölgələrindən biridir, burada uzaq keçmişdə böyük bir qədim göl və ya kiçik dəniz yerləşirdi.

Yusif EYVAZLI