İlk dəfə asteroidlərdə su kəşf edildi

 21:16 13.02.2024     522

Cənub-Qərb Araşdırma İnstitutunun alimləri ilk dəfə olaraq asteroidlərin səthində su molekullarını aşkar ediblər.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu kəşf barədə "The Planetary Science Journal"da dərc olunan məqalədə bildirilir.

Astronomlar silikatlarla zəngin dörd asteroidi - İris, Parthenope, Melpomene və Massaliyanı tədqiq ediblər.  Üç asteroiddə (İris, Melpomene və Massalia) 3 mikrometrlik udma xətti aşkar edilmişdir ki, bu da O və H atomlarının eyni vaxtda mövcudluğunu göstərir.6 mikrometrlik udma xətti isə İris və Massaliyada suyun olduğunu açıq şəkildə göstərir.

Susuz silikat asteroidlərinin Günəşin yaxınlığında əmələ gəldiyi məlumdur və buzlu, su ilə zəngin materiallar xarici Günəş sistemində birləşir. Xüsusi kimyəvi tərkibə malik asteroidlərin yerini bilmək materialların protogünəş dumanlığında necə paylandığını müəyyən etməyə kömək edir. Əvvəllər qayalı S sinifli asteroidlərin susuz olduğu düşünülürdü və bu göy cisimlərində 6 mikrometrlik spektral xüsusiyyət heç vaxt aşkar edilməmişdi.

Yusif EYVAZLI