Keratinli saç düzləşdirici məhsullar ABŞ-də qadağan edilə bilər - xərçəng riski var

 22:51 13.02.2024     612

ABŞ Qida və Dərman İdarəsi (FDA) saç düzləşdirici vasitələrdə formaldehidin istifadəsini qadağan etmək üçün plan hazırlamağa başlayıb.

Redaktor.az bu barədə "gazeta.ru"ya istinadən xəbər verir ki, keratin saç düzümü, bir neçə ay ərzində hamar saçlara nail olmağa imkan verən mütəxəssislər tərəfindən həyata keçirilən bir prosedurdur. Bu məqsədlə istifadə edilən məhsullar ABŞ və digər ölkələrdə kanserogen kimi tanınan bir maddə olan formaldehiddir.

Son araşdırmalar saç düzləşdirici məhsulların döş, yumurtalıq və uşaqlıq yolu xərçəngi riskini artıra biləcəyini göstərdi. Bəzi ekspertlər bu təsiri saç məhsullarındakı digər maddələrlə əlaqələndirirlər: ftalatlar, parabenlər və hormonları poza bilən digər maddələr. Qaradərili qadınlar xüsusilə həssasdırlar: sorğular göstərir ki, ABŞ-də onların 84-95%-i saç düzləşdirici vasitələrdən istifadə edir.

Son araşdırmaları nəzərə alaraq, FDA tərkibində formaldehid olan və ya qızdırıldıqda formaldehidə çevrilə bilən kimyəvi düzəldicilərin qadağan edilməsi planı təklif edib.

Turan İSMAYIL