Depressiyanı aradan qaldırmağa kömək edir: alimlər maraqlı kəşf etdilər

 19:34 15.02.2024     661

Alimlər müsbət xatirələrin oyanmasında qoxuların sözlərdən daha təsirli olduğunu müəyyən ediblər. Və bu, depressiyadan əziyyət çəkən insanlara mənfi düşüncələrdən qurtulmağa kömək edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Nyu York Post" yazır.

Nəşr bilirir ki, bu qənaətə Pittsburq Universitetinin alimləri gəlib. Onların işlərinin nəticələri göstərib ki, qoxular daha “canlı, həyəcanlı və real” görünən xatirələri tətikləyir. Tədqiqatda depressiv pozğunluqlardan əziyyət çəkən 18-55 yaş arası 32 nəfər iştirak edib. Onlardan 12 aroma və qoxu (xüsusilə, viski, üyüdülmüş qəhvə, kokos yağı, zirə tozu, qırmızı şərab, vanil ekstraktı, mixək soğanı, ayaqqabı lakı, portağal efir yağı və ketçup) hiss etmələri istənilib.

Tədqiqatın aparıcı müəllifi Kimberly Young qeyd edib ki, tanış qoxunu hiss edən depressiyaya uğramış insanlar daha ümumi yaddaşdan daha çox konkret bir xatirəni və ya hadisəni (məsələn, bir həftə əvvəl qəhvəxanada idilər) xatırlayırlar:

“Mənim üçün təəccüblü idi ki, əvvəllər heç kimin qoxu siqnallarından istifadə edərək depressiyaya uğramış insanların xatirələrini öyrənmək ağlına gəlməmişdi”.

Turan İSMAYIL