“Telegram”ın “Sevimli”ləri yeniləndi

 21:07 17.02.2024     619

“Telegram” messencer komandası qeydləri əvəz edəcək “Sevimlilər” bölməsini yenidən dizayn edib.

Redaktor.az xəbər verir ki, “Sevimlilər” funksiyası “Telegram”da vacib lakin gözəçarpmayan funksiyalardan biri idi.

İndi isə, messencer tərtibatçıları həmin funksiyanı təkmilləşdiriblər.

Belə ki, “Sevimlilər” başlığına klikləsəniz, onları saxladığınız kanalların siyahısı görünəcək.