Ən kiçik ulduz kəşf edildi

 20:17 22.02.2024     705

Beynəlxalq astronomlar qrupu bu günə qədər məlum olan ən kiçik ulduzu kəşf edib və onun da ikili sistemin tərkib hissəsi olduğu ortaya çıxıb. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu kəşf “Nature Astronomy” jurnalında dərc olunan məqalədə bildirilir.

Yeni kəşf edilmiş ulduz günəşdən təxminən 2760 işıq ili uzaqlıqda yerləşən "J0526" kimi tanınan ikili sistemin bir hissəsidir.

"J0526B"nin kəşfi ulduzların ölçüsü və təbiəti ilə bağlı nəzəriyyələrə meydan oxuyur və onların düşünüləndən daha kiçik olması və naməlum xüsusiyyətlərə malik olması ehtimalını artırır.

Yusif EYVAZLI