Dünya təhlükəli soyuqlaşma ilə ÜZ-ÜZƏ

 10:41 11.03.2024     812

Dünyaya rekord istilik və quraqlıq gətirən "El Nino" təbiət hadisəsi zəifləyir. Onu təbii olaraq əks proses - "La Nina" əvəz edəcək.

Redaktor.az “The Western Producer” nəşrinə istinadən xəbər verir ki, təhlükəli hadisənin başlanacağını amerikalı meteoroloq Con Baranik deyib.

Sinoptikin sözlərinə görə, Sakit okeanda temperaturun anormal azalması ilə xarakterizə olunan "La Nina" payızda başlayacaq. Cənub rəqsinin isti və soyuq fazaları arasında keçid mərhələsi yaz və yay aylarında baş verəcək. Proqnozunda mütəxəssis hava məlumatlarına deyil, tarixə əsaslanıb. 2023-cü ilin qışında baş verən dağıdıcı Super El Nino 50-ci illərdən bəri cəmi beş dəfə baş verib.

Həmidə İBRAHİMLİ