Qorxulu yuxulardan qurtulmağın sadə yolu tapıldı

 02:12 06.04.2024     755

Texas Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, hər gün bir saat fiziki fəaliyyətlə məşğul olmaq yuxu keyfiyyətini yaxşılaşdırır və qorxulu yuxular görmə ehtimalını azaldır.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, tədqiqatçılar 82 iştirakçıya fiziki aktivliyi, yuxu keyfiyyətini və müddətini izləmək üçün biləklərinə xüsusi smart saatlar taxmağı tapşırıblar.

Alimlər müxtəlif səviyyəli hərəkətliliyin qorxulu yuxuların tezliyinə necə təsir etdiyini öyrənməyə çalışıblar.

Qeyd olunub ki, iştirakçılar üçün müşahidə müddəti altı aya yaxın davam edib. İştirakçıların ağıllı saatlarından toplanan məlumatları təhlil edən tədqiqatçılar müəyyən ediblər ki, gündəlik bir saatlıq fiziki fəaliyyət yuxu keyfiyyətinin yaxşılaşması və xoşagəlməz, qorxulu yuxuların tezliyinin azalması ilə nəticələnir.