Kosmik tullantılar Yerdə evin üzərinə düşdü

 17:32 16.04.2024     693

Beynəlxalq Kosmik Stansiyadan (BKS) atılan tullantılar Yerə düşüb və ABŞ-nin Florida ştatının Neapol şəhərində evin damını dağıdıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat NASA-nın saytında yer alıb.

Köhnəlmiş litium-ion batareyaları olan yük paleti olan zibilin hələ 2021-ci ilin martında BKS-dən kosmosa atıldığı dəqiqləşdirilir. Mütəxəssislər yükün tamamilə yanacağını gözləyirdilər, lakin batareyaları birləşdirmək üçün dayaqlardan biri atmosferə girdikdən sonra sağ qalmağı bacarıb və evin üzərinə düşüb. Onun çəkisi 7,2 kq-dır.

Kosmik dağıntıların düşməsi nəticəsində insan tələfatı barədə məlumat verilmir.

Fevralın 19-da Yeni Zelandiyanın Mahia yarımadasında yerləşən özəl "Rocket Lab" kosmodromundan kosmik gəmilərin qalıqları və digər kosmik tullantılar haqqında məlumatların toplanması üzrə ixtisaslaşan Yapon peyki ADRAS-J orbitə buraxılıb.

Yaponiyanın "Astroscale" nümayəndələri bildiriblər ki, bu, kosmik tullantılarla təhlükəsiz görüşmək üçün dünyada ilk missiyadır. Bu missiya uğurlu olarsa, şirkət Yerin orbitində kosmik tullantıların təmizlənməsi texnologiyalarını daha da inkişaf etdirməyi planlaşdırır.

Turan İSMAYIL