İnsan beyni haqqında 9 MARAQLI FAKT

 02:12 28.04.2024     778

Təbiət, yaradılış öz mükəmməlliyi ilə heyran etməyə davam edir. Dünyanın ən böyük sürprizi insandır. İnsanın ən izah edilməz orqanı isə onu idarə edən beyindir. İnsan beyni ən çətin və kifayət qədər dəqiq tədqiq olunmayan orqandır. Bəli, alimlər uzun illərdir beynin sistematik fəaliyyəti ilə əlaqədar araşdırmalar aparsalar da, beynin necə işlədiyi sirrini aça bilməyiblər.

Redaktor.az "lent.az"a istinadən xəbər verir ki, amma alimlər hər dəfə maraqlı faktlar aşkarlayıblar.

Beyinin sürəti nə qədərdir?Beyinə daxil olan və çıxan sinir impulslarının sürəti saatda 274 kilometrə bərabərdir. Bu günə qədər heç düşündünüzmü ki, niyə çəkiclə barmağınıza vurduqda belə tez reaksiya verirsiniz? Bunun hamısı sinir impulslarının möhtəşəm sürəti nəticəsində baş verir. Bu impulsların surəti təxminən idman avtomobillərinin sürəti ilə müqayisə olunur.

Beyin digər orqanlardan intensiv nəfəs alır

Beyinin ümumi ölçüsü bədənin cəmi 2 faizini təşkil etsə də, bütün digər orqanlardan fərqli olaraq qanda daha çox dövr edən 20 faiz oksigen tələb edir. Bu da onu oksigen çatışmazlıqlarından yaranan zədələnmələrə qarşı daha dayanıqlı edir.

Sinir hüceyrələri bərpa olunur

İnsanın həyatı boyu neyronlar daim inkişafda olurlar. Uzun illər boyunca alimlər sinir toxumalarının və neyronların inkişafını, bərpa olmasını mümkünsüz hesab edirdilər. Ancaq bunun belə olmadığı elmə aydın olub. İnsan bədəninin digər toxumaları kimi neyronlar da insanın həyatı boyu inkişaf edir. Bu fakt beyinin və onun xəstəliklərinin tədqiq olunmasında yeni mərhələ yaradıb.

Müxtəlif növ neyronlarda məlumat müxtəlif sürətlərlə ötürülür. Neyronların növü elə də çox deyil və onlarda məlumatın ötürülməsi saniyədə 0.5-lə 120 metr arasında dəyişir.

Beyin nə qədər enerji tələb edir?

Beyinin tam fəaliyyət etməsi üçün 10 voltluq lampa gücündə enerji tələb olunur. Cizgi filmlərində qəhrəmanın ağlına yeni bir fikir gəldikdə başında lampa yanması təsviri reallıqdan heç də uzaq deyil. Beyin hətta yuxu zamanı kiçik bir lampaya bəs edəcək miqdarda da enerji kütləsi yarada bilir.

Beyin heç vaxt yatmır

Beyin günortadan fərqli olaraq gecələr daha fəaldır. Bu ilk baxışdan məntiqsiz görünür. Çünki gün ərzində yuxudan fərqli olaraq daim hərəkət edir, hesablama aparır, intensiv şəraitdə işləyir. Amma tam əksinə olaraq insan yuxuya getdikdə, beyin daha da aktivləşir. Alimlər bunun hələ ki, dəqiq səbəbini anlaya bilməyiblər.

Yuxugörmənin sayı İQ-dən asılıdır

Alimlər iddia edirlər ki, insanın intellekt səviyyəsi nə qədər yüksəkdirsə bir o qədər çox yuxu görür. Əgər bu sizdə də belədirsə, onda yadda saxlaya bilmədiyiniz yuxular üçün narahat olmağa dəyməz. Yuxularımız 2-3 saniyə çəkdiyi üçün bir çoxlarımız gördüyümüz yuxunu yadda saxlamaqda çətinlik çəkirik.

İnsan beyninin məlumat tutumu nə qədərdir?

İnsan beyni Britaniya Ensiklopediyası və ya hər hansı bir ensiklopediyadakı məlumatlardan 5 dəfə artığını yadda saxlamaq qabiliyyətinə malikdir. Alimlərin beyinin ölçüsünün dəqiqləşdirilməsinə ehtiyac olsa da, məlum olduğu qədəri ilə, kompüter terminologiyası ilə desək insan beyninə 3-dən 1000 terabayta qədər məlumat yerləşə bilər. Nəzərə alaq ki, 900 il tarix qeyd olunmuş Britaniya Milli arxivi cəmi 70 terabayt həcmindədir. 

Beyin ağrı hiss etmir

Beyin öz özlüyündə ağrı hiss etmir. Doğrudur, barmağınızı kəsdikdə və ya yandığında beyin buna reaksiya verir. Lakin beyində ağrı reseptorları olmadığı üçün o ağrını hiss etmir. Bütün bunlara baxmayaraq, bu sizi baş ağrılarından xilas etməyəcək. Beyin çoxlu sayda toxuma, sinir və qan damarları ilə əhatə olunduğu üçün ağrıya qarşı həssasdır.

Beyin 80 faiz sudan ibarətdir

Əksər insanlarda beyin deyəndə qoz ləpələrinə oxşar boz maddə assosiasiyası yaranır. Lakin canlı beyin tünd qəhvəyi rəngli, su və qandan təşkil olunmuş yumşaq orqandır. Bundan sonra susuzluqdan nə vaxt əziyyət çəksəniz unutmayın ki, beynində yaşayış üçün mütləq olan rütubətə ehtiyacı var.