Hansı gözün daha aktivdir – Niyə gözlərimiz fərqlidir?

 01:45 05.05.2024     646

Hər insanın işlək, aparıcı əli, ayağı, qolu olduğu kimi gözlərin də biri digərindən həmişə daha aktivdir.

Redaktor.az "medicina"ya istinadən  xəbər verir ki, aparıcı göz tibdə dominant, binokulyar görməyə- yəni hər iki gözlə əşyanı eyni vaxtda dəqiq görməyə malik göz deyilir.

Bu göz heç də itiliyi güclü olan göz sayılmır.

Aparıcı göz odur ki, özündən çox həcmdə informasiyanı buraxır, əşyaların yerləşməsini dəqiq beyinə ötürür, yəni onun baş beyinin vizual hissəsi ilə əlaqəsi güclüdür.

Belə ki, aparıcı göz detallarda, rəsmlərdə dəqiq olmayan hissələri neytrallaşdırır, iki gözlə baxdıqda, o, daha dəqiq, aydın informasiya ötürür, nəinki tabe olan göz.

Bəs necə bilməli ki, hansı gözümüz dominantdır?

Bu testi edə bilərsiz:

Özünüzdən 5 metr irəlidə bir predmet seçin: məsələn, qab. Saat, rəsm, hətta divarda bir naxış.

Əllərinizi irəli uzadıb, baş barmaqlarınızı birləşdirib üçbucaq ekran kimi düzəldib, o dəlikdən həmin əşyaya 2 gözlə baxın.

Obyekt həmin üçbucağın mərkəzində durmalıdır.

İndi isə əvvəlcə bir gözünüzü yumub baxın, sonra digərini.

Bir gözü bağladıqda, obyekt olduğu kimi görünür, tərpənmir, amma ikinci gözü2 bağlayanda obyekt sanki böyüyür və üçbucaqdan kənara çıxır.

Obyekti yerində, olduğu kimi dəqiq görən göz, aparıcı dominant gözdür.

İnsanlar dominant gözlə mikroskopa, qapının gözlüyünə, teleskopa baxır.