İnsanlar yaşlandıqca daha tez sərxoş olurlar - Ekspert

 20:08 08.05.2024     693

Alkoqol həddini aşmamaq üçün bir neçə vacib amili nəzərə almaq lazımdır.

Redaktor.az xəbər verir ki, bu barədə "gazeta.ru"ya ekspert Aleksandr Smirnov məlumat verib. 

Onun fikrincə, əgər insan spirtli içki qəbul etməzdən əvvəl çox yeyirsə, axşamlar isə qəlyanaltı yeyib su içərsə, alkoqol intoksikasiyası daha yavaş baş verir.

"İnsan orqanizmi üçün fizioloji su balansını saxlamaq vacibdir, xüsusən də spirtli içki qəbul edərkən", - ekspert qeyd edib.

O əlavə edib ki, spirtli içki qəbul edərkən tələsmək olmaz.

"Alkoqolun bir hissəsi nə qədər tez istehlak edilərsə, qan dövranına bir o qədər tez daxil olar və intoksikasiyaya səbəb olarolar", - Smirnov deyib. 

Ekspert əlavə edib ki, insanlar yaşlandıqca daha tez sərxoş olurlar.

"İnsan nə qədər yaşlı olarsa, qaraciyər spirti bir o qədər yavaş parçalayır", - o bildirib. 

Ekspert etiraf edib ki, bəzi bar və restoranlarda qonağın yüksək sərxoşluq dərəcəsini müəyyən etmək üçün işçilərə xüsusi təlimlər keçirilir.

T. İSMAYIL