Həkimlər sızanaqların müalicəsi ilə bağlı məşhur mifi dağıtdı

 20:55 20.05.2024     725

Terapevt Elena Malışeva, immunoloq və allerqoloq Andrey Prodeus günəşin sızanaqlı sahələri qurutduğuna dair məşhur inancın əksinə olaraq, səpgilərin görünüşünü təhrik etdiyini bildirib.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

"Günəşdən dərimizi qorumayan kimi, sızanaq bakteriyalarının sayı artım göstərir. Bu, dəridə yaşayan mikrobdur", - Prodeus bildirib.

Malışevanın sözlərinə görə, sızanaqlar dərinin pozulmasının nəticəsidir.

Sağlam dəri üçün mütəxəssislər günəş kremindən istifadə etməyi,  qatran sabunundan istifadə etməyi və gündə iki litr maye içməyi tövsiyə edir.

Yusif EYVAZLI