Gündə neçə stəkan çay içmək təhlükəsizdir? - Həkim AÇIQLADI

 02:14 25.05.2024     931

Yetkinlər üçün gündə üç-dörd fincana qədər çay içmək ümumiyyətlə təhlükəsiz hesab olunur.

Redaktor.az xəbər verir ki, bu barədə mayın 21-də RİAMO-ya “Meditsina” ASC-nin qastroenteroloqu, tibb elmləri namizədi Yevgeni Belousov məlumat verib.

“Adətən, böyüklər üçün gündə üç-dörd stəkan çay içmək təhlükəsiz sayılır. Bununla belə, kofeinə və çayın digər komponentlərinə fərdi reaksiyalar fərqli ola bilər. Müəyyən xəstəlikləri və ya səhhətində problem olan şəxslərə çayın miqdarı ilə bağlı həkimləri ilə məsləhətləşmələri tövsiyə olunur”, - deyə həkim bildirib.

Belousov çayın tərkibində olan faydalı antioksidantları, polifenolları və flavonoidləri, sağlamlığa faydalı təsir göstərə bilən vitamin və mineralları qeyd edib. Bununla belə, mütəxəssis davam etdi ki, çoxlu miqdarda çay içmək orqanizmdə kofeinin artıqlığına səbəb ola bilər, həmçinin qaraciyər, böyrək və mədəyə ziyan vurma riski yarada bilər.

Turan İSMAYIL